Bu barədə yerli mənbələr məlumat yayıblar.
Az.rasthaber.com Eastnews.org-a istinadən xəbər verir ki, Nigeriyanın paytaxtı Abuja şəhərində dünən "Nigeriya İslam Hərəkatı" lideri Şeyx İbrahim Zəkzakiyə dəstək məqsədilə aksiya keçirilib.
Məlumatda vurğulanır ki, baş tutan aksiyada nümayişçilər hökumətdən Şeyx İbrahim Zəkzakinin azadlığını tələb ediblər.
Aksiya iştirakçıları İsrail rejimi əleyhinə də şüarlar səsləndirərək, Şeyx İbrahim Zəkzakinin həbsinin sifarişinin Təl-Əvivdən verildiyini diqqətə çatdırıblar.