Nigeriya şiələrinin lideri Şeyx Zəkzaki və həyat yoldaşı azad edilib
Rasthaber Azərbaycan xəbər verir ki, Nigeriya şiələrinin lideri Şeyx Zəkzaki və həyat yoldaşı azad edilib.
Bu barədə Məhkəmə qərar verib.
Qeyd edək ki, şeyx İbrahim Zakzaki və onun həyat yoldaşı 2015-ci il dekabrın 13-də Nigeriya hərbçilərinin Zaria şəhərindəki hüseyniyyəyə basqını zamanı həbs olunublar.
17 iyun 2019-cu ildə aparılan müayinə zamanı Şeyx İbrahim Zakzaki və onun həyat yoldaşının səhhətində ciddi problemlər aşkarlanaraq bu barədə Kaduna vilayəti Ali məhkəməsinə ərizə göndərilib.
Avqust ayında Nigeriya hökuməti Şeyx İbrahim Zakzaki və həyat yoldaşını Hindistanda müaliciyə göndərib. Lakin daha sonra Şeyx İbrahim Zakzakinin həyatına təhülkə olması etirazından sonra Nigeriya hökuməti Şeyxi Nigeriyaya geri qaytararaq həbsxana şəraitində saxlayıb.