Şeyx Zəkzaki sabah Tehrana gələcək

Şeyx Zəkzaki sabah Tehrana gələcək

Nigeriya İslami Hərəkatının lideri Şeyx İbrahim Zəkzakinin sabah Tehrana gələcəyi açıqlanıb.

Az.rasthaber.com xəbər verir ki, Nigeriya İslami Hərəkatının Rəhbəri Şeyx İbrahim Zəkzaki rəsmi təmaslar üçün sabah Tehrana gələcək.

Qeyd edək ki, Şeyx İbrahim Zəkzəki alim və mütəfəkkir, düşüncə və əməl adamı, Nigeriyada İslami fəaliyyətləri ilə tanınan, Nigeriya İslami hərəkatının lideridir.

Şeyx Zəkzaki 1979-cu il İran İslam inqilabına böyük maraq göstərib və ondan çox təsirlənib.

Zəkzaki başda İngiltərə, Səudiyyə Ərəbistanı, İran, Livan, Sudan, Cənubi Afrika, ABŞ və Rusiya olmaqla dünyanın bir çox yerlərini gəzmiş, bütün səfərləri zamanı getdiyi hər yerdə konfranslar və seminarlar vermişdir.

Xəbəri paylaş

VİDEOLAR