Şeyx Zəkzaki: Qəzzada uşaqların öldürülməsi sionistlərin qorxaqlığını göstərir

Şeyx Zəkzaki: Qəzzada uşaqların öldürülməsi sionistlərin qorxaqlığını göstərir

Nigeriya İslami Müqavimət Hərəkatının lideri deyib: "Müharibə məsələlərində əsgərlər bir-biri ilə qarşı-qarşıyadır, lakin Qəzzada dinc əhalinin öldürülməsi sionistlərin zəifliyini göstərir. Ümid edirik ki, hamımız ən qısa zamanda müqavimət cəbhəsinin qələbə və uğurunun şahidi olacağıq”.

Az.rasthaber.com xəbər verir ki, Şeyx İbrahim Yaqub Zəkzaki dünən Məşhəddə tələbələrlə keçirdiyi görüşdə sionist İsrailin Qəzzada törətdiyi cinayət və qətlləri pisləyib və deyib: "Biz ancaq İmam Xomeyninin (r.a.) üslub və üsulunu tədqiq etdik və onu ölkəmizdə tətbiq etdik. Dünyanın hər yerindəki fəaliyyətimizin sirrini soruşsalar bu yolu göstərərik.

 

Düşmənlərimizin güclü olması və yüksək hərbi gücə malik olması barədə şayiələr doğru deyil, çünki onların gücü saxtadır. Əksinə, Fələstin xalqının həmrəyliyini və müqavimətini gördükdə uşaqları, mülki insanları və yaşayış yerlərini bombalayıb hədəfə almağa üz tutdular ki, bu da onların qorxusunu, qorxaqlığını və zəifliyini göstərir. 

Əsl güc millətdir və biz Allaha təvəkkül etməklə, birlik və həmrəylik içində, əl-ələ verib, yan-yana olmaqla mütləq qalib gələcəyik.

İmam Xomeyninin (r.a) başçılıq etdiyi İslam inqilabı Nigeriya xalqının həmrəyliyini özü ilə gətirdi.İmam Xomeynini hamı tanıdığı üçün hər kəsə izah etməyə ehtiyac yoxdur”.

Nigeriya İslami Müqavimət Hərəkatının lideri İslam dünyasının əsas məqsədinin sionizmin aradan qaldırılması olduğunu bildirib və deyib: "Müharibə məsələlərində əsgərlər bir-biri ilə qarşı-qarşıyadır, lakin Qəzzada dinc əhalinin öldürülməsi sionistlərin zəifliyini göstərir. Ümid edirik ki, hamımız ən qısa zamanda müqavimət cəbhəsinin qələbə və uğurunun şahidi olacağıq”.

Şeyx Zəkzəki Fələstində müqavimət cəbhəsinin qələbəsi üçün gecə-gündüz dua etməyin vacibliyini vurğulayaraq deyib:

"İnsanlar Fələstindəki hazırkı hadisələrin gələcəyini və nəticələrini soruşurlar, cavab belə olmalıdır: Biz daha çox zülmə dözdük, ona görə də. indiki zülmə dözmək bizi mütləq qələbəyə aparacaq.

İndi Nigeriya xalqının Fələstinlə görüşü və həmrəyliyinin şəkillərini gördük. Bu camaat İslam hərəkatının xalq gücünü nümayiş etdirir. Biz hesab edirik ki, Afrikaya nüfuz edən irqçilik bu qitə ölkələrindəki qarışıqlıqların səbəbidir. Düşmənlər də bu məsələ ilə xalqları ayrılığa, separatizmə sürükləmək istəyirlər. Burkina Faso, Niger və Çadda bu cür parçalanma yaratmaqla bu ölkələrdə millətlərin parçalanmasına, hətta müsəlmanların parçalanmasına səbəb oldular”.

Xəbəri paylaş

VİDEOLAR