Şeyx Zəkzaki nigeriyalı müsəlmanların öldürülməsində Səudiyyənin rolu barədə danışıb

Şeyx Zəkzaki nigeriyalı müsəlmanların öldürülməsində Səudiyyənin rolu barədə danışıb

"Ərəbistan ABŞ və İngiltərənin yerində hərəkət edərək Vaşinqton və Londonun əmrlərini yerinə yetirdi".

Az.rasthaber.com xəbər verir ki, Nigeriya şiələrinin lideri Şeyx İbrahim Zəkzaki əl-Aləm kanalına müsahibəsində Zaria faciəsində şəhid olanların sayı ilə bağlı bildirib:

"Hakimiyyət cürbəcür yalanlar deyirdi, əvvəlcə deyirdilər ki, bir nəfər də olsun ölməyib, sonra isə ordunun 17 nəfəri öldürdüyünü deyiblər.

Halbuki, topladığımız məlumata görə, bu fəlakətdə mindən çox, hətta daha çox insan həlak olub".

Nigeriyalı müsəlmanların öldürülməsində Səudiyyə Ərəbistanının rolu ilə bağlı Şeyx Zəkzaki deyib:

"Səudiyyənin vəliəhdi “New York Times” qəzetinə verdiyi müsahibədə hədələyici bir səs tonu ilə: "Biz Afrikada Hizbullaha bənzər hərəkatı yatırdıq və onun lideri Zəkzakinin İrandakı kimi bir İslam hökuməti qurmasına mane olduq", - deyirdi.

Bu hərəkətin əsas səbəbi Səudiyyə Ərəbistanı deyildi. Ərəbistan ABŞ və İngiltərənin yerində hərəkət edərək Vaşinqton və Londonun əmrlərini yerinə yetirdi”.

Xəbəri paylaş

VİDEOLAR