Zəkzakinin başına hansısa iş gəlsə Nigeriya hökuməti məsuliyyət daşıyacaq.
Rasthaber Azərbaycan eastnews-a istinadlı verdiyi xəbərə görə, "Nigeriya İslam Hərəkatı" Şeyx İbrahim Zəkzakinin həbsi və səhəti ilə bağlı bəyanat yayıb.
Bəyanatda bildirilir ki, Şeyx İbrahim Zəkzakinin həbsinin sifarişi Səudiyyə Ərəbistanı və işğalçı İsrail rejimi tərəfindən verilib.
Bundan əlavə Şeyx İbrahim Zəkzakinin səhətinin də pisləşdiyi və xəstəxanaya yerləşdirilmədiyi də diqqətə çatdırılıb.
Qeyd edib ki, Şeyx İbrahim Zəkzakinin başına hansısa iş gəlsə Nigeriya hökuməti məsuliyyət daşıyacaq.