Şeyx Səbahətdin Türkyılmazın “İslam İnqilabı və Qlobal əks-sədaları” adlı paneldəki çıxışından:
“İnqilab hədəfdir?
İnqilab prosesdir?
Yoxsa İnqilab vasitədir?
Bəziləri İnqilabın hədəf olduğunu deyirlər. Yəni şahı devirdik, Vilayəti Fəqihimiz rəhbərimizdir. Milli Məclis deputatları mömin, müttəqidirlər və . İkinci qism deyir ki, xeyir inqilab vasitədir. Yəni deyirlər bu inqilabdan vasitə olaraq istifadə edib İslam Dövləti qurmaq istəyirik. Milli, bölgəsəl bir inqilab deyil. Dünyaya İslam Dövlətini göstərmək istəyirik. Bu ikinci fikirdir. Üçüncü qism isə inqilabın bir proses olduğunu deyirlər. Yəni prosesdir nə deməkdir? Yəni hədəf desəniz, hədəfinizə çatdınız. Sosialist və digər ölkələr kimi İslam respublikası quruldu – bu da hədəfiniz olduğunuz üçün bitmiş sayılır. İkinci cür düşünənlər “vasitə” dedikləri üçün. Siz inqilabdan vasitə kimi istifadə edib hədəfiniz olan dövləti qurdunuz, yəni istədiyinizə çatdınız. Lakin üçüncü qism düşünənlər deyirlər, xeyr, bu prosesdir. Yəni biz bu inqilabı Vilayətə aparacağıq. İslam höküməti, İslam Dövləti və İslam Mədəniyyəti prosesdir ki, bu Vilayətə bağlanmalıdır. Hədəf budur. İnqilabı İmam Zamanın Qlobal Dövlətinə bağlayacağıq.İslam İnqilabını biz belə - proses olaraq tanısaq, inqilab tədrici olaraq davam edər. Əgər bəziləri kimi milli olaraq görülsə, hədəfə çatmışdır. Bəziləri bu cür baxır. Deyirlər daha hədəfimizə çatdıq, Amerika ilə razılığa gələk. “Biz döyüşmək üçünmü yaradılmışıq, oturaq Masaya Avropa, ABŞ ilə danışıq edək”, -deyirlər. Onlar üçün inqilab bitdi. İkinci qism də razılaşmaya meyllidir. Onlar da, İslam Dövlətini qurmaq üçün danışıq, müzakirə yolunu seçirlər. Üçüncü qism deyir ki, nə Amerika, nə müzakirə? Biz İnqilab etdik ki, bunu Vilayətə - İmam Zamana təhvil verək. Düzdür bu cür düşünənlər azdır, lakin İmam Xomeyni, Ayətullah Xamenei kimi fikir sahibləri bu cür düşünürlər. İmam Xomeyni əvvəldən dedi ki, biz bu inqilabı etdik, bu İmam Zamanın qlobal inqilabının müqəddiməsinə zəmindir, hazırlığıdır. İmam Xomeyninin addımları bu inqilaba bir proses kimi baxdığını göstərir. İmam Xomeyni buyurur: “İranı İslam üçün istəyirəm, İslamı İran üçün deyil.” Bu bir fəlsəfəni bəyan edir. Yəni bizim hədəfimiz İran, bölgə deyil. Bizim hədəfimiz dünyadır, inqilabı mərhələlərlə aşaraq Vilayətə çatdırmaqdır hədəf. “