Şeyx Səbahətdin Türkyılmaz: Hüseyni qiyamının təhrif edilməsinə cəhdlər edilir

Şeyx Səbahətdin Türkyılmaz: Hüseyni qiyamının təhrif edilməsinə cəhdlər edilir

Şeyx Səbahətdin Türkyılmaz xütbəsinə Iğdır Aralıq mahalının Aşağı Çiftlik kəndində qıldığı cümə namazı xütbəsində Hüseyni qıyamdan reytinq vasitəsi kimi istifadənin təhlükəsini dilə gətirib.

Hüseyni qiyamını bu günə qədər yaşadan ixlaslı matəm və yas mərasimləridir; Mömin valideyinlərimin saf göz yaşları, gənclərin ixlaslı və səmimi sinəzənləri, fikir öndərlərinin düzgün rəhbərliyi bu qiyamın canlı və dinamik qalmasını təmin etmiş, tarixin hər dövründə zalımları və tağutları qorxutmuş, zaman-zaman bu mərasimləri qadağan etmələrinə səbəb olmuşdur.

Bu gün Hüseyn qiyamı zalımları və tağutları qorxutmayacaq şəkildə qeyd edilməsi isə ən böyük təhrifdir.

Misal üçün; Məhərrəm ayının sülh, qardaşlıq və birlik kimi təqdim olunması Hüseyni qiyam xəttini liberallaşdırmaq deməkdir.

MƏQALƏNİN DAVAMI

Xəbəri paylaş

VİDEOLAR