Şeyx Səbahətdin Türkyılmaz: Aclıq aksiyasına son verilməsi dindarları sevindirəcəkdir

Şeyx Səbahətdin Türkyılmaz: Aclıq aksiyasına son verilməsi dindarları sevindirəcəkdir

Berlin İmam Rza Mərkəzinin alimi Şeyx Səbahətdin Türkyılmaz Azərbaycanda həbsxanalarda başladılan aclıq aksiyasına son verilməsinə çağırıb.

Rasthaber: Şeyx Səbahətdin Türkyılmaz Berlin İmam Rza Mərkəzində cümə namazının xütbəsində Azərbaycanda həbsxanalarda başladılan aclıq aksiyasına son verilməsinə çağırıb.
“Azərbaycan həbsxanalarında edilənlər bizi də narahat etmişdir. Allah və Peyğəmbərini kim təhqir edərsə bilməlidir ki, həm bu dünyada, həm də axirətdə bunun cəzası olacaqdır.”, - deyə Şeyx Səbahətdin bildirib.
Azərbaycan rəsmilərini bu təhqirləri həyata keçirənlərin cəzalanmasına çağıran Şeyx Səbahətdin deyib: “Allah Təala Quranda buyurur ki, Allah yazdı, təqdir etdi; and olsun, mən və peyğəmbərlərim qalib gələcəyik, şübhə yox ki, Allah güclüdür və ucadır.”
Şeyx Səbahətdin sonra deyib: “Bu mübariz alimlərə bunu demək istəyirik ki, Allah yolunda haqqı deməyin bədəli vardır; təhdid, həbs, basqı, işkəncə bunlardan bəziləridir, amma haqq ehya olacaqsa bunlar iftixardır. Sizin bu addımınız yüzlərlə alimin təbliğindən daha təsirli və dəyərlidir. Lakin zindanlarda da olsanız sizin dəyərli varlığınız (sağlığınız) möminlərin, dindarların yolunu aydınladır. Bunun üçün aclıq aksiyasına son verməyiniz bütün müsəlmanları sevindirəcəkdir.”
"Hər kəs bunu bilsin ki, zəfər Allah, Rəsulu və möminlərlədir.
Nasrun Minəllah vı Fəthun Qərib….
Vəssəlamu aleykum və Rəhmətullahi və Bərəkətuh."

Xəbəri paylaş

VİDEOLAR