Şeyx İsa Qasımdan Əl-Xəlifə konfransında Papa və Əzhər Şeyxinin iştirakına reaksiya

Şeyx İsa Qasımdan Əl-Xəlifə konfransında Papa və Əzhər Şeyxinin iştirakına reaksiya

Bəhreyn şiələrinin lideri Ayətullah Şeyx İsa Qasım "Birgə Yaşamaq Konfransı" adlı Əl-Xəlifə konfransında Papa və Əzhər Şeyxinin iştirakına reaksiya verib.

İslamazeri.com xəbər verir ki, Ayətullah Şeyx İsa Qasım çərşənbə günü dərc edilən bəyanatında, aparıcı din xadimlərindən birgəyaşayış konfransına qatılacaqları təqdirdə öz fikirlərini cəsarətlə bildirmələrini xahiş etdi.

Şeyx İsa Qasim bu bəyanatında deyib: İslam ümmətinin şüurunda onun dəyər və əhəmiyyətini artırmaq üçün bu konfransa qabaqcıl islami və qeyri-islam şəxsiyyətləri və alimləri dəvət olunublar. Çünki bu konfransın məqsədi İslam xalqlarını razı salmaqdır.

Əgər bu konfransın nəticələri dinə, ədalətə və insan ləyaqətinə ziddirsə və bu şəxslər həmin nəticələrin təsdiqində şərikdirlərsə, bu konfransın elan edilmiş planlarını və nailiyyətlərini bəyənmədiklərini açıq şəkildə ifadə etmədikcə məsuliyyət daşıyacaqlar.

Bu konfrans bölgədə və Bəhreyndə İsraillə münasibətləri normallaşdırmaq və məzlum Bəhreyn xalqını müxtəlif siyasi, sosial, dini, mədəni və humanitar ölçülərdə daha da sıxışdırmaq olacaq".

Xəbəri paylaş

VİDEOLAR