Seyid Nəsrullahdan Ayətullah Xameneiyə təşəkkür

Seyid Nəsrullahdan Ayətullah Xameneiyə təşəkkür

Livan Hizbullahının Baş Katibi Seyid Həsən Nəsrullah Ayətullah Xameneiyə təşəkkür edib

Rasthaber Azərbaycan xəbər verir ki, Livan Hizbullahının Baş Katibi Seyid Həsən Nəsrullah Ayətullah Xameneiyə təşəkkür edib.
O İslam İnqilabı Rəhbərinin müqavimət cəbhəsinin önəmli şəxslərindən olan Livan Müsəlman Alimlər Dərnəyinin sədri, Qəzza Ulu Məscidinin vaizi və böyük mtəfəkkir Qazi Şeyx Əhməd Əl-Zeinin vəfat münasibətilə göndərdiyi başsağlığı mesajı üçün təşəkkürünü bildirib.
Nəsrullahın yayımladığı mesajda deyilir:
"İtirdiyimiz bu əzizin yolunu davam etmək və inandığı hədəfə çatmaq üçün davamlı fəaliyyətimiz üçün sizə söz veririk."
Ayətullah Xamenei Livan Hizbullahının Baş Katibi Seyid Həsən Nəsrullaha göndərdiyi mesajda Livan Müsəlman Alimlər Dərnəyinin sədri Şeyx Əhməd əl-Zeinin vəfatı münasibətilə başsalığı vermişdi.

Xəbəri paylaş

VİDEOLAR