Seyid Nəsrullah: Trampın "Yüz ilin anlaşması" puç oldu

Seyid Nəsrullah: Trampın

Seyid Həsən Nəsrullah İmad Muğniyə sui-qəsdinin ildönümündə çıxış edib.

Rasthaber Azərbaycan xəbər verir ki, Livan Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah İmad Muğniyə sui-qəsdinin ildönümündə çıxış edib.
Çıxışında İsraili odla oynadığını bildirərək, sionist rejimə xəbərdarlıq edib.
İŞİD-in bölgədən yenidən meydana gətirilməsi mövzusunda ABŞ planlarına da diqqət çəkən Nəsrullah bunun bölgə üçün təhlükə olduğunu deyib.
Bəhreynin İsraillə əlaqələrini yaxşılaşdırmasını da tənqid edən Hizbullah rəhbəri bəhreynlilərin əksəriyyətinin Fələstin xalqını dəstəklədiyini bildirib.
Seyid Nəsrullah Trampın "Yüz ilin anlaşması" adı ilə ərəb ölkələri və İsrail arasında əlaqələri yaxşılaşdırmaq və Fələstin torpaqlarının işğalını leqallaşdırmasının puç olduğunu qeyd edərək "Görünən budur ki, Tramp və Kuşnerin getməsilə bu məsələ də bağlanmış, bitmiş və ya çökmüşdür. Göründüyü budur ki, bu məsələ qabağa yox, geri gedir. Netanyahu, Bun Salman və Trampdan ibarət olan "Yüz ilin anlaşması"  üçbucağının uğursuzluğunu bildirməliyik.", - deyə vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR