Livan Hizbullahının baş katibi deyib Vəhdət həftəsilə bağlı çıxış edib
Rasthaber İran mediasına istinadla xəbər verir, Seyid Həsən Nəssrullah dünən gecə (s.ə.s) İslam Peyğəmbərinin viladətinin ildönümü münasibətilə etdiyi çıxışında, Fransanın Nits şəhərində törədilən terror hücumunu qınayıb. Hizbullah lideri bildirib ki, təkfirçilərin törətdiyi cinayətlərin İslam peyğəmbəri (s.ə.s) və İslam ümməti ilə heç bir əlaqəsi yoxdur və Qərb ölkələri onları dəstəkləməyi dayandırmalədırlar.
"İslam və islami qruplar bu cür hücumları və ona oxşar hərəkətləri, fərq etməz keçmişdə baş verib və ya gələcəkdə baş verəcək, qınayır və onları rədd edirlər", -deyə o bildirib.
Fransa rəsmilərinin bir şəxs tərəfindən törətdilən bir cinayətin İslam və müsəlmanlara aid edilməsinə icazə verməməli olduqlarını bildirərən Nəsrullah deyib: "Bir xristianın törətdiyi cinayətii təsəvvür edin, bunun üçün xristianların və xristian dininin məsuliyyət daşıdığını düşünmək düzgün deyil".
Nəsrullah "Fransa rəsmiləri bu böhranın səbəblərini tapmalı və dünya müsəlmanlarını söz azadlığını həqiqətən dəstəklədiyi barədə qane etməlidir", -deyə bildirib.