Seyid Əmmar əl-Həkim Papa və Ayətullah Sistaninin görüşündən danışdı

Seyid Əmmar əl-Həkim Papa və Ayətullah Sistaninin görüşündən danışdı

Seyid Əmmar əl-Həkim Kəldani kilsəsi rəhbəri Luis Rafael Sako ilə görüşüb

Rasthaber  eastnews-a istinadən verdiyi xəbərə görə, İraqın "Milli Hikmət" hərəkatının sədri Seyid Əmmar əl-Həkim Kəldani kilsəsi rəhbəri Luis Rafael Sakonu qəbul edib.  

Görüş zamanı İraqdakı mövcud vəziyyət, xristianların təhlükəsizliyi və digər məsələlər müzakirə olunub.  

Seyid Əmmar əl-Həkim Roma Papası 2-ci Fransisin İraqa səfərini və Ayətullah Sistani ilə görüşünü şərh edib.  

O qeyd edib ki, bu görüş İraqda dinlər arasında dialoqun necə önəmli olduğunu göstərir və görüşün təsiri hələ uzun illər hiss olunacaq. 

Xəbəri paylaş

VİDEOLAR