İran prezidenti Seyid İbrahim Rəisi ilə İraqın baş naziri Məhəmməd Şia əl-Sudani arasında telefon danışığı olub.
Az.rasthaber.com xəbər verir ki, İraqın baş nazirliyindən verilən açıqlamaya görə, Seyid İbrahim Rəisi və Sudani Qurban bayramı münasibətilə bir-birlərini təbrik edərək, bölgə xalqları üçün xeyir-dualar ediblər.
Tərəflər iki ölkə arasındakı əlaqələri müzakirə edib və Bağdad və Tehranın bu əlaqələrin müxtəlif sahələrdə gücləndirilməsinin tərəfdarı olduqlarını vurğulayıblar.