4.04.2022 17:24:32
İran Prezidenti Seyid İbrahim Rəisi Qətər əmiri Şeyx Təmim bin Hamed Al Sani ilə telefon danışığı aparıb.
Az.rasthaber.com xəbər verir ki, danışıq zamanı Rəisi ölkəsinin Qətərlə hər sahədə əlaqələri inkişaf etdirməkdə qərarlı olduğunu bildirib.
"Tehran və Doha yaxın əməkdaşlıq və koordinasiyanın bütün imkanlarından istifadə etməklə iki xalqın mənafeyinə uyğun təsirli addımlar ata, regionda sabitlik və təhlükəsizliyi bərqərar edə bilər".
Rəisi qeyd edib ki, Qətər əmirinin tezliklə Tehrana səfəri zamanı iki ölkə arasında münasibətlərin və müxtəlif sahələrdə əməkdaşlığın yaxşılaşdırılması üçün mühüm qərarlar qəbul ediləcək.
Qətər əmiri Əl Sani də, ölkəsinin Tehranla əlaqələri daha da inkişaf etdirmək niyyətində olduğunu bildirib.
İranın dünya çempionatında ABŞ və İngiltərə ilə birlikdə iştirak etdiyi B qrupunu "turnirin ən epik qrupu" kimi xarakterizə edən Əl Sani İran komandasını ən yaxşı şəkildə qəbul edəcəklərini bildirib.