Livan Hizbullahının baş katibinin Çərşənbə Axşamı axşam Beyrutun cənubunda Zahiyə məntəqəsində keçirilən seçki mərasimindəki çıxışı İsrail medialarında xüsusi əksini tapıb.
Az.rasthaber.com İran mediasına istinadən xəbər verir ki, sionist medialarının böyük əksəriyyətinin verdiyi başlıqlarda sionist rejimin Livana qarşı hərəkətə keçmək istəməməsi ilə bağlı Seyid Həsən Nəsrullaha mesaj göndərməsinin ifşa olduğu yer alıb. Bununla belə işğalçı İsrail rejiminin “Hume” qəzetində çıxan xəbərdə Livan Hizbullahının baş katibinin “İsrailə güvənməyin və hər zaman ayıq və hazır olun” ifadəsi xüsusi qeyd olunub.
Haaretz də bununla bağlı bir xəbərdə yazıb: “Nəsrullah diplomatik kanallardan İsrailin Livana qarşı hərəkətə keçmək niyyətində olmadığı vurğulanan mesaj aldığını açıqlayıb.”
Yedioth Ahranoth həmçinin Seyid Həsən Nəsrullahın (İsrail mesajının göndərilməsinə səbəb olan) Beynəlxalq Qüds günündəki çıxışında əks səda doğuran cümləsilə bağlı yazı dərc edib.
İşğalçı İsrail rejiminin digər məşhur qəzeti “Maariu” da sionist rejimdən Seyid Həsən Nəsrullaha mesaj göndərilməsi məsələsinə diqqət çəkib və yazıb: “Nəsrullah Bennetin mesajını aldı, lakin vurğuladı ki, biz onlara güvənmirik, ona görə də gözümüz açıq vəziyyətdə bu manevrin sonuna qədər gözləmə rejimində qalacağını bildirdi.”
Sionist rejim medialarının yazarları öz xəbərlərini “Hizbullahın güclü mesajı”, “Nəsrullahın Bint-ə cavabı” və “Sözlərin etibarsızdır” kimi başlıqlarla tirajlayıblar.
Kan TV-nin ərəb dilində analitiki Rui Qays, “Bu, ardıcıl üçüncü dəfədir ki, Nəsrullah İsrail ordusunun manevrinə cavab olaraq (Hizbullahın) hazırlığından danışır”- deyə bildirib.