Seyid Həsən Nəsrullah Türkiyə və Suriyaya başsağlığı verib

Seyid Həsən Nəsrullah Türkiyə və Suriyaya başsağlığı verib

Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah dünənki çıxışında Türkiyə və Suriya xalqına başsağlığı verib.

Az.rasthaber.com xəbər verir ki, Livan Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah müqavimət komandirlərindən İmad Muğniyənin şəhadətinin ildönümü ilə bağlı çıxış edib.

Nəsrullah çıxışında Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələyə toxunaraq, Türkiyə və Suriya xalqına, bu fəlakətdə həyatını itirənlərin ailələrinə başsağlığı verib və bunun bir faciə olduğunu bildirib. 

Nəsrullah ABŞ və Qərbin Suriya və Türkiyədə baş verən humanitar fəlakətlə bağlı ikili standart siyasətini tənqid edərək deyib:

"Amerikanın insan haqları ilə bağlı bəyanatlarının yalan olduğu son fəlakətdə bütün çılpaqlığı ilə ortaya çıxdı. 

Suriya və Türkiyədə dağıntılar altında qalan yaralıların hamısı insandır, lakin biz beynəlxalq ictimaiyyətin iki ölkə arasında necə ayrı-seçkilik etdiyinin şahidi olduq.

Suriya və Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım edilməlidir. Biz hər kəsi Suriya və Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım etməyə çağırırıq ki, hər iki ölkədə zərərçəkənlər normal həyatlarına qayıda bilsinlər.

Livan hökumətinin zəlzələdən zərər çəkənlərə yardım qrupları göndərməsi çox vacib bir tədbir idi".

Xəbəri paylaş

VİDEOLAR