Seyid Həsən Nəsrullah: Şəhid Saleh əl-Arurinin qətlinə mütləq cavab veriləcək

Seyid Həsən Nəsrullah: Şəhid Saleh əl-Arurinin qətlinə mütləq cavab veriləcək

Seyid Həsən Nəsrullah öz icra müavini, Əbu Səlim kimi tanınan Hacı Məhəmməd Yağinin vəfatının yeddinci günü mərasimində çıxış edib

Rasthaber: Livan Hizbullahının baş katibi Beyrutun Cənubi Zahiyə məntəqəsində HƏMAS siyasi ofisinin rəis müavini Saleh əl-Arurinin terror edilməsinin cavabsız və cəzasız qalmayacağını və bununla bağlı qərarın əməliyyat komandirlərinin öz ixtiyarında olduğuna işarə edərək deyib: "Əgər əl-Aarurinin terror edilməsinə sussaq, Livan işğal meydanına çevriləcək və bu terrora mütləq cavab veriləcək."

Seyid Həsən Nəsrullah öz icra müavini, Əbu Səlim kimi tanınan Hacı Məhəmməd Yağinin vəfatının yeddinci günü mərasimində deyib: Livan İslami Müqaviməti üç ay ərzində 670-dən çox əməliyyat keçirib və 84 sərhəd mövqeyini bir dəfədən çox hədəf alıb.

Livan Hizbullahının baş katibi əlavə edib: Hizbullahın əməliyyatlarında hərbi hədəflər vurulub və sionist rəsmilərin məlumatına görə, bu bölgənin yaşayış məntəqələrindən 300 min insan öz evlərini tərk edərək didərgin düşüb.

O deyib: Bufer zona həmişə bizim ərazimizdə və sərhədimizdə olub. İlk dəfə olaraq isə, işğal olunmuş Fələstin ərazisində 7 kilometr dərinliyə köçürülüb.

O, çıxışının başqa bir hissəsində deyib: Livan İslami Müqaviməti Əl-Əqsa tufanından sonra bəzi günlərdə 23-ə qədər əməliyyat, ümumilikdə isə 670-dən çox əməliyyat keçirib. Bu əməliyyatlarda 84 sərhəd mövqeyi hədəfə alınıb.

İstifadə etdiyimiz raketlər nöqtə vuran raketlərdir. Bu əməliyyatlarda düşmənin casus texnikaları hədəfə alınıb.

Xəbəri paylaş

VİDEOLAR