Livan Hizbullah Hərəkatının baş katibi Həsən Nəsrullah Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad Ən-Nəhalə ilə görüşündə, işğal altındakı İordan çayının qərb sahili və Qəzzada son vəziyyəti müzakirə edib.
Az.rasthaber.com xəbər verir ki, Əl Mayadeen telekanalının məlumatına görə, Livan Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad Ən-Nəhalə və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb.
Beyrutda keçirilən görüşdə işğal altındakı İordan çayının qərb sahili və Qəzzada son vəziyyətlə yanaşı, Fələstin məsələsi də müzakirə edilib.
Nəsrullah-Nəhalə görüşündə, bölgədəki son hadisələr və xüsusilə Müqavimət Oxunun bölgədəki rolu müzakirə edilib.
Xatırladaq ki, sionist İsrailin avqustun 5-də başlayan və üç gündür davam edən son hücumunda ən azı 49 nəfər şəhid olub, 360-dan çox fələstinli yaralanıb.
Fələstinin Qəzzada Əmək və Məskunlaşma Nazirliyi bildirib ki, sionist rejimin son hücumlarında 25 ev tamamilə dağılıb, 80 ev yararsız hala düşüb.