Seyid Həsən Nəsrullah hərəkatın silaha əl atmasının səbəbini açıqlayıb

Seyid Həsən Nəsrullah hərəkatın silaha əl atmasının səbəbini açıqlayıb

Hizbullah lideri Seyid Həsən Nəsrullah hərəkatın silaha əl atmasının səbəbini açıqlayıb.

“Livan hökumətləri bizi o zaman müdafiə etmirdilər. Livan hökumətləri 1975-ci ildən İsrailə qarşılıq vermək üçün müdafiə planı hazırlayırlar. İndi 2021-ci ildir, hələ də o planı hazırlayıb qurtarmayıblar. Livanın cənubundakı xalq Məzare-Şəba və Kəfar-Şuba iğşal ediləndən sonra silaha buna görə əl atdı. Onlar özünü və torpağını İsraildən qorumaq üçün silaha əl atmağa məcbur idilər. Çünki Livan hökuməti onları müdafiə etmirdi”.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu Hizbullah hərəkatının lideri Seyid Həsən Nəsrullah ötən günkü çıxışında deyib.

O, rəhbərlik etdiyi hərəkatın siyasi mübarizə ilə yanaşı hərbi mübarizəyə də əl atmasına aydınlıq gətirib və bildirib ki, Livan hökuməti cənubu və cənubluları müdafiə etmirdi və bu istiqamətdə lazımi addımlar atmırdı.

Seyid Həsən Nəsrullah, mərhum din alimi Musa Sədrin bir-bir ərəb ölkələrinə mütəmadi səfərlərinə, ərəb liderləri ilə görüşməsinə, bu səfərlərdə Livanın cənubununun İsrail qarşısında müdafiəsi üçün hərbi qüvvə, silah, təlim və sair məsələləri istəməsinə toxunub və o zaman lazımi dəstəklərin verilmədiyini bildirib. O əlavə edib ki, Musa Sədr 10 il Livanın cənubunda qaldı və ərəb hərbi qüvvələrini bölgəni müdafiə etməyə çağırdı.

Həsən Nəsrullahın sözünə görə, bu alınmayandan sonra təşkilat özü hərəkətə keçməyə və müdafiəsi üçün silaha əl atmağa məcbur qalıb.

Həsən Nəsrullah, həmçinin Aralıq dənizində Livanla-İsrail arasında mübahisəli olan sularda qaz yataqlarının kəşfiyyatı və ixracı ilə bağlı xəbərdarlıq edib. O, bu çıxışında mübahisəli olan yerlərə gəlmək istəyən şirkətlərə xəbərdarlıq edib.

Xəbəri paylaş

VİDEOLAR