Livan Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah dünən axşam çıxış edib.
Az.rasthaber.com xəbər verir ki, Livan Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah dünən axşam etdiyi çıxışında gündəmi dəyərləndirib.
Nəsrullah çıxışında deyib: "İşğalçı rejimin 2000-ci ildə Livan və Qəzzadan çəkilməsindən sonra artıq güclü və böyük İsrail deyə bir şey yoxdur".
İran və Suriyanın müqavimətə verdiyi dəstəyi yüksək qiymətləndirən Livan Hizbullah Hərəkatının baş katibi Seyid Nəsrullah sözlərini davam etdirərək deyib:
“İran prezidentinin 12 ildən sonra Suriyaya son səfəri zamanı tutduğu mövqelər müqavimət oxunun birliyini vurğulayır."