Seyid Abbas Musəvinin şəhadətinin ildönümüdür

Seyid Abbas Musəvinin şəhadətinin ildönümüdür

Livanın "Hizbullah" hərəkatının hazırki lider Həsən Nəsrullahdan əvvəlki baş katibi 1992-ci il 16 fevralda sui-qəsdə məryz qalıb

Livanın "Hizbullah" hərəkatının hazırki lider Həsən Nəsrullahdan əvvəlki baş katibi və təsisçisi olmuş Abbas Musəvi 1992-ci il 16 fevral tarixində şəhid Raqib Hərbin anım mərasimindən qayıdarkən Livanın cənubundakı Cibşit bölgəsində sionist İsrail hərbi hava qüvvələrinin raket atəşinə məruz qalaraq hərəkət etdiyi avtomobildəki həyat yoldaşı və bir uşağı ilə birlikdə şəhid edilib.

"Gedin israillilərə deyin ki, biz Məhəmməd ordusuyuq, geri qayıtdıq və Qüds yolunda irəliləyirik!"

Abbas Musəvi kimdir?

Seyid Abbas Musəvi Livanın "Hizbullah" müqavimət hərəkatının baş katibi olub. O, xüsusilə Livanın cənubunda sionist işğalına qarşı aparılan cihad hərəkatında önməli rol oynayıb. Hərəkatın liderlərindən olan Abbas Musəvi Allahın təqdiri ilə digər bir şəhidin anım mərasimindən qayıdarkən xanımı və uşağı ilə birlikdə İsrail casuslarının hücumuna məruz qalaraq şəhidlik zirvəsinə yüksəlib.

"Hizbullah" lideri Seyid Həsən Nəsrullah İslam müqavimətinin öndərlərindən olan Şəhid Seyid Abbas Musəvinin doğulduğu Nəbi-Şitdəki dəfn mərasimində aşağıdakı çıxışı edib:

"O, Kərbəla üçün doğulmuşdu, könlündə Hüseynin adı və xatirəsi var idi. Damarlarındakı qan qəzəb və inqilabla qaynayarkən gözlərində yetimlərin və kimsəsizlərin göz yaşları toplanmışdı. O, gözünü İmam Mehdinin cəsur silahdaşları ilə birlikdə gerçəkləşdirəcəyi zəfərə dikmişdi. O, soyu Həzrət Məhəmmədə (s) çatan, ali məqamlı, dəyərli ataların və pak anaların sülaləsindən gələn, Peyğəmbər (s) nəvəsi Əbu Yasir idi. O, zahid və mütəfəkkir, elmi ilə əməl edən bir alim və mücahid bir qiyamçı idi. Yoxsul bir evdən çıxmışdı və bu xüsusiyyətini dəyişməmişdi. Özündən sonra geriyə nə ev, nə mülk saxlamadı. Borclarının ödənilməsinə belə yetməyən, illərlə işlənmiş və aşınmış bir miqdar sadə əşyadan başqa mirası yox idi. İşlərində əsla sünilik olmayan, təvazökar bir insan idi, kimsəsizləri sevər, kasıblarla yaxınlıq edərdi. Mücahid və şəhidlərə sevgi bəsləyər, şövq duyardı. Yetimlərə gözləri ilə xidmət edər, yaralılara şəfa bəxş edərdi. Əsirlikdə olan əziz mücahidlər daim yadında idi, o, öncül idi və hər zaman ön sırada dayanan bir lider idi. Heç bir şeyi təkcə özü üçün istəməzdi, həmçinin zəmanənin çətinlikləri qarşısında başqaları ilə də yoldaşlıq etməkdən çəkinməzdi.

O, Kərbəla üçün doğulmuşdu və ora səfər etdi, hətta babası Hüseyn kimi xanımı və övladı ilə birlikdə. Şəhadət bir ümmətin əzəmət və böyüklüyünü yaradan ali bir məfhumdur, bir xalqı vahid toplum halına gətirmək üçün yanan və kül olan vücuddur, ümid daşıyan ah və üzüntüdür, bütün kinləri yuyaraq məhəbbət və dostluq meydana gətirən bir gözyaşıdır. Burada əzəmət, birlik, ümid, məhəbbət və cihad bir araya gələrək qanın qılınc üzərindəki zəfərini ərməğan olaraq gətirirlər.

Böyük şəhidimiz 1982-ci ildə yaradıldığını elan etmiş və təməl hədəfi yer üzünün və insanların azadlığı, eləcə də azğın sionistlərə qarşı mübarizə ilə yanaşı xalqımız üçün də sülh və sabitliyin təmin edilməsi olan bir cihad hərəkatının baş katibi idi. Əlbəttə, bu hərəkat heç vaxt başqasının tərifini və maddi yardımını tələb etməmişdir, ən yaxşı gənclərindən ibarət yüzlərlə könüllüsünü, hətta öz rəhbərini belə bu yolda şəhid olaraq təqdim etmiş, istişhad əməliyyatları dövrünü açıq elan etmiş, cihad və fədakarlıq ruhiyyəsini yenidən dirçəltmişdir. Bu hərəkat təmiz qəlbli silahdaşları ilə düşmənə çoxlu canlı qüvvə və maddi itkilərlə tarixi məğlubiyyətlər daddırmış və onları Livanda işğal etdikləri torpaqları qeydsiz-şərtsiz tərk etməyə məcbut etmişdir. Bu geriyə addımların səbəbi qəti şəkildə beynəlxalq təzyiqlər deyildi. Bu rüsvayçı geriçəkilmə Əmin Cəmil hökumətinin kölgəsində imzalanmış və xəyanət dolu 17 may anlaşmasından savayı heç bir nəticəsi olmayan sülh danışıqları və dialoqlarının nəticəsində də gerçəkləşmədi.

Bu hərəkat heç vaxt seçdiyi yolun doğruluğu ilə bağlı ən kiçik bir şübhə və tərəddüd hiss etməmişdir və yaxın gələcəkdə bütün İslam ümmətinin bu məntiqli, tale müəyyənləşdirən seçimin ətrafına toplanacaqlarına inamı tamdır.

Şübhəsizdir ki, şəhid, mücahid Seyid Abbas Musəvinin fəzilətli, döyüşkən və ağıllı həyat yoldaşının (Ümmü Yasir - red.) və məsum uşaqlarının İsrail tərəfindən sui-qəsdə məruz qalması sionist terror təşkilatlarının müqəddəs Fələstin torpaqlarına girdikləri ilk gündən bəri işlədikləri silsilə cinayətlər siyahısına əlavə olunmuşdur. Bu terror manqaları həmişə uşaqları öldürərək sinələrinin yarılmasında, qadınlara, qızlara hücumların təşkilində, kişilərin qətliama məruz qoyulmasında, evlərin yandırılaraq torpaq sahələrinin qanuni sahiblərinin əlindən zorla alınmasında həmişə öncül olublar.

kerbela.info

Xəbəri paylaş

VİDEOLAR