SEPAH Körfəzdə qaçaqmalçılıq yolu ilə yanacaq daşıyan gəmini ələ keçirib

SEPAH Körfəzdə qaçaqmalçılıq yolu ilə yanacaq daşıyan gəmini ələ keçirib

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Körfəzdə qaçaqmalçılıq yolu ilə yanacaq daşıyan gəmini ələ keçirib.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, Hörmuzqan əyalətinə yaxın sularda 90 min litr qaçaqmalçılıq yolu ilə yanacaq daşıyan gəmi saxlanılıb.

Məlumatda gəminin hansı ölkəyə məxsus olduğu açıqlanmayıb. 5 ekipaj üzvü həbs edilib.

Faktla bağlı cinayət işi açılıb.

Xəbəri paylaş

VİDEOLAR