İran əleyhinə mediada dərc olunan İnqilab Keşikçiləri Qüds Qüvvələrinin komandirlərindən birinin öldürülməsi xəbəri təkzib edilib.
Az.rasthbaer.com "IRNA"ya istinadən xəbər verir ki, adının çəkilməsini istəməyən mənbə İran əleyhinə mediada dərc olunan İnqilab Keşikçiləri Qüds Qüvvələrinin komandirlərindən birinin öldürülməsi xəbərini təkzib edərək, bunu psixoloji müharibə və saxta xəbərçilik kimi qiymətləndirib.
Qeyd edək ki, İran əleyhinə olan media dünən axşam saatlarında, öz xəbərlərində İnqilab Keşikçiləri Qvardiyasının Qüds Qüvvələrinin komandirlərindən olan polkovnik Əli İsmayılzadənin paytaxt Tehranın qərbindəki Kərəc şəhərində öldürüldüyünü iddia edib.