SEPAH-ın Hərbi Dəniz Qüvvələri genişmiqyaslı parad keçirib

SEPAH-ın Hərbi Dəniz Qüvvələri genişmiqyaslı parad keçirib

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri şənbə günü Buşəhrdə Fars körfəzi sularının 2-ci Dəniz Dairəsində genişmiqyaslı parada başlayıb.

Az.rasthaber.com xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı şəhid Nadir Məhdəvi və onun yoldaşlarının şəhadətinin ildönümü ilə əlaqədar SEPAH-ın hərbi-dəniz gəmiləri Fars hörfəzi sularında parad keçirib.

1987-ci il oktyabrın 8-də Nadir Məhdəvi İslam İnqilabı Keşikçiləri Korpusunun dəniz piyadalarından olan doqquz yoldaşı ilə birlikdə İranın Fars körfəzi bölgəsi yaxınlığındakı ərazi sularını pozan Amerika qüvvələri ilə birbaşa vuruşdu və ABŞ-ın terrorçu qüvvələri tərəfindən şəhid edildi. 

O vaxtdan oktyabrın 8-i İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri günü kimi qeyd olunur.

Xəbəri paylaş

VİDEOLAR