Sepah-dan İrandakı iğtişaşlarla bağlı açıqlama

Sepah-dan İrandakı iğtişaşlarla bağlı açıqlama

İran İnqilab Keşikçiləri Ordusunun Kəşfiyyat Xidməti Qərbin dəstəklədiyi “Xalqın Münafiqləri” terror təşkilatının ictimaiyyəti iğtişaşlara dəvət etmək üçün şübhəli çağırış və kommunikasiyalarına qarşı xəbərdarlıq edib.

Az.rasthaber.com xəbər verir ki, İranda Məhsa Əminin ölümü bəhanəsi ilə baş verən son iğtişaşlar və üsyanlar, İran İslam Respublikasının xarici düşmənlərinin bundan fürsət kimi istifadə edərək İranın daxili işlərinə qarışmalarına və mümkün qədər iğtişaşlar törətməsinə səbəb olub.

Bununla bağlı İran İnqilab Keşikçiləri Kəşfiyyat Təşkilatı öz bəyanatında, İranda minlərlə günahsız insanın qanını tökən, Qərbin dəstəklədiyi “Xalq Münafiqləri” adlı terror təşkilatının şübhəli qiyam və ictimai əmlakın dağıdılması çağırışlarını açıqlayıb və ictimaiyyəti bu mövzuda ayıq-sayıq olmağa çağırıb.

Xəbəri paylaş

VİDEOLAR