Az.rasthaber.com xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Ordusunun (Sepah) Baş komandanı Hüseyn Salami bildirib ki, İran 43 ildir ki, ABŞ və onların ərəb və avropalı müttəfiqlərinin müksimum təzyiqinə müqavimət göstərir.
"Bu gün düşmənlər İslam Respublikasının bölgədəki gücünü dərk ediblər və (bunun fonunda da - red.) geri çəkilirlər", - deyə o bəyan edib.
Sepah Baş komandanı deyib ki, düşmənlər arasında ixtilaf və çəkişmələr olsa da, onlar İrana qarşı birlik nümayiş etdirərək İslam İnqilabını baltalamağa çalışırlar.
Onun sözlərinə görə, İslam Respublikasının düşmənləri "böyük və qüdrətli İranın müstəqillik, azadlıq və İslam Respublikasını həyata keçirmək istəyini həzm edə bilmir, çünki "düşmənlər bilirlər ki, bu (islami) model təkrarlanarsa", bu bölgə onların əlindən çıxacaq.
General-mayor Salami əlavə edib ki, düşmənlər İrana qarşı güclü təzyiq siyasətinin utancverici şəkildə məğlubiyyətə uğradığını qəbul edir.