Sel fəlakəti bu dəfə Çinə çatdı

Sel fəlakəti bu dəfə Çinə çatdı

Çinin Henan əyalətinin mərkəzi olan Çjençjou şəhərində güclü yağışlar sel fəlakətinə gətirib çıxarıb.

Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, Çinin dövlət xəbər agentliyi "Xinhua"da yer alan xəbərə görə, güclü yağışlar səbəbindən şəhər metropoliteninin beşinci xəttinin üstündəki dayanacaqda çox miqdarda su toplaşıb. Su sonradan tunelə dolub və yolları tutub. Metropoliten rəhbərliyi dərhal nəqliyyatın hərəkətini dayandırıb və xəttə elektrik enerjisinin verilişi kəsilib. Metro əməkdaşları sərnişinlərin təxliyəsini təşkil edib və təxminən 500 nəfər tuneldən çıxarılıb. Onlardan 25 nəfərə köməklik göstərmək mümkün olmayıb, onlar ölüblər. Beş nəfər isə xəsarət alıb və xəstəxanaya yerləşdirilib. 7 nəfər isə itkin düşüb.

Qeyd edək ki, Avropada sel fəlakətindən yüzlərlə insan ölüb və ya itkin düşüb.

Xəbəri paylaş

VİDEOLAR