Əsəddən İdlib mesajı

Əsəddən İdlib mesajı

Suriya prezidenti bu ölkə ordusunun Hələb və İdlib vilayətlərində terrorçulara qarşı son qələbələri münasibəti ilə tv vasitəsilə çıxış edib

Rasthaber Azərbaycan İran mediasına istinadən verdiyi xəbərə görə, Suriya prezidenti Bəşər Əsəd bu ölkə ordusunun Hələb və İdlib vilayətlərində terrorçulara qarşı son qələbələri münasibəti ilə etdiyi televiziya nitqində deyib: "İdlib və Hələbin terrorçuların işğalından azad edilməsi əməliyyatı düşmənlərin burnunu yerə sürtdü."

 Bəşər Əsəd Suriya ordusunun Hələb və İdlibdəki son qələbələrinin bu ölkədəki terrorçuların qəti məğlubiyyəti üçün başlanğıc olduğunu bildirərək "Türkiyədən eşidilən hay-küylərə baxmayaraq Hələb və İdlib vilayətlərinin terrorçulardan azad edilməsi əməliyyatı davam etdiriləcək.", -deyə əlavə edib. 

Suriya prezidenti bu ölkə ordusunun terrorçulara qarşı son qələbələri münasibətilə Suriya xalqını təbrik edərək deyib: "Suriya ordusu xalqın təhlükəsizliyi uğrunda canfəşanlıq edir". 

Xəbəri paylaş

VİDEOLAR