Suriya prezidenti İran İslam Respublikasının Suriya xalqı və hökuməti qarşısındakı mövqeyini alqışlayıb
Rasthaber Azərbaycan xəbər verir ki, Bəşər Əsəd Dəməşqdə İran xarici işlər nazirinin xüsusi siyasi məsələlər üzrə baş müşaviri Əli Əsğər Xaci ilə görüşdə ikitərəfli əlaqələrdə əldə olunmuş nailiyyətlərin qorunmasına, iki ölkə arasında ardıcıl məşvərət və koordinasiyanın önəminə, həmçinin siyasi prosesə və Astana iclaslarına təkid edib.
Əli Əsğər Xaci də bu görüşdə İranın Astana prosesi və Cenevrədə keçirilən əsas qanun komitəsinin beşinci iclasının haşiyəsi barədəki mövqeyi və fikirlərini bəyan və Suriyadakı siyasi məsələlərin həll edilməsi məqsədilə əsas qanun komitəsində aparılan danışıqların önəmini vurğulayıb.
Görüşdə Suriya ilə iki və çoxtərəfli əməkdaşlıqların gücləndirilməsi məsələsi də araşdırılıb.