Sarkisyan Rusiyanın Ermənistan üçün olan əhəmiyyəti haqda danışdı

Sarkisyan Rusiyanın Ermənistan üçün olan əhəmiyyəti haqda danışdı

Ermənistan prezidentinin sözlərinə görə, Rusiya olmasa idi, Ermənistanın varlığı sual altında olardı.

Az.rasthaber.com RİA-ya istinadən xəbər verir ki, işğalçı Ermənistan rejiminin prezidenti Armen Sarkisyan Rusiya ilə münasibətlər barədə danışıb.

Mən gələcəkdə Rusiya və Ermənistan arasında tamamilə başqa münasibətlər görmək istəyərdim. Lakin bunun üçün, əvvəla, biz Ermənistanda özümüzün özümüzə qarşı olan münasibətimizi dəyişməliyik. Yəni bu, o deməkdir ki, biz Rusiya kimi olduqca böyük və güclü dostu olan kiçik ağıllı dövlət qurmalı və Rusiya Federasiyasının həqiqi kiçik, lakin güclü dostu olmalıyıq”, – o bildirib.

Sarkisyan Rusiyanı Ermənistanın “nəhəng, böyük, qədimi, tarixi dostu” adlandırıb.

O, həmçinin Rusiya ilə həmkarlığın Ermənistanda yaşayanlara nələr verməsi barədə sualı da cavablandırıb.

Sarkisyan bu sualı “olduqca çətin” sual adlandıraraq qeyd edib ki, Rusiya ilə bu həmkarlıq olmasa idi, Ermənistanın mövcudiyyəti də sual altında olardı.

Əgər Rusiya olmasa idi, son müharibə zamanı bizim gələcəyimiz, dövlətimizin gələcəyi necə olardı? Detallar bəllidir. Əgər Rusiya olmasa idi, müharibə nə zaman və harada bitərdi?”, – deyə o bildirib.

Xəbəri paylaş

VİDEOLAR