Şamxani: ABŞ regionda İŞİD-i diriltməyə çalışır

Şamxani: ABŞ regionda İŞİD-i diriltməyə çalışır

İŞİD terror təşkilatının Suriya və İraqdakı məğlubiyyətindən hiddətlənən ABŞ regionda yeni böhranlar yaratmağa çalışır.

Az.rasthaber.com IRNA-ya istinadən xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani Suriya XİN başçısı Feysal Miqdadla görüşdə bildirib.

O deyib ki, Suriyada təhlükəsizlik böhranının yaradılması ABŞ və İsrail rejiminin planıdır və bu plan region üçün təhlükəli nəticələrə səbəb ola bilər.

İstənilən ölkə tərəfindən işğal Suriyada təhlükənin davamına və zorakılıq səviyyəsinin artmasına səbəb olacaq”, - deyə Şamxani əlavə edib.

İranlı rəsminin sözlərinə görə, tarixə nəzər yetirdikdə görmək olar ki, istənilən təcavüz və işğal hər zaman işğalçı üçün geri çəkilmə və alçaldıcı məğlubiyyətlə nəticələnib.

Şamxani İsrail rejiminin Suriyaya davam etməkdə olan müdaxiləsini pisləyərək qeyd edib ki, “regiondakı sionist xərçəngindən xilas olmağın yeganə yolu müqavimət və mübarizədir”.

Xəbəri paylaş

VİDEOLAR