Saleh və Muslih

Saleh və Muslih

Aşuranı bir də bu baxımdan dəyərləndirək:

Saleh: yaxşı, yaxşı əməl sahibi, düzgün davranan və günah etməkdən çəkinən şəxsə deyilir.

Muslih: yaxşılaşdıran, düzəldən, ən uyğun yerə gətirmək istəyənə deyilir.

Ayətullah Şəhid Məhəmməd Baqir Sədr (r) saleh və muslih mövzusunda belə deyir:

“Xalq saleh şəxsləri sevər, amma muslihləri deyil. Xalq İslamdan öncə Həzrəti Məhəmmədi (s) sevirdilər, sevməkdən əlavə ona “əmin” ləqəbini vermişdilər. Amma nə zamankı peyğəmbərliyə seçildi, ona müxalifət etdilər, qarşı çıxdılar.

Çünki; Saleh fərdi bir özəllikdir və başqalarının həyatına qarışmaz, halbuki Muslih cəmiyyətin durumunu dəyişdirmək istəyir. Muslih cəmiyyəti dəyişdirib düzəldir, bir çoxlarının mənfəətlərini dəyişdirir. Buna görə də, çoxları muslihə qarşı çıxır.”

Məsum imamlar və xüsusilə bu günlərdə yasını tutduğumuz İmam Hüseyn (ə) də eyni babası Allahın Rəsulu Həzrət Məhəmməd (s) kimi həm Saleh və həm Muslih idi. Saleh Hüseyni (ə) hər kəs sevirdi (şiə, sünni və ...), amma Muslih Hüseyni (ə) çox az şəxs sevər və Kərbəladakı yalnızlıq və baş vermiş faciə də bunun isbatıdır.

Bu qayda günümüzdə cəmiyyətin həyatında da belədir. Suya sabına toxunmayan, güclülərin tağutların zülmünə qarşı çıxmayan, tənqid etməyən, iqtidarlarla gizli, açıq işbirliyi içində olanlar cəmiyyətdə daha çox sevilirlər və qəbul edilirlər. Amma nə zamankı biriləri zülmə qarşı çıxarsa yalnızlaşır, yalnızlaşdırılır, radikal, sərt, ifratçı olaraq tanıdılır. Çünki muslih şəxsin yanında olmaq bədəl ödəməyi tələb edir.

Mövzudan xəbərdar olub və bu bədəl ödəməyə hazır olmayanlar Salehlərin yanında yer almağı seçərlər. Çünki bu cür həm bədəl ödəməktən qurtulur, həm də qəsdən saleh ilə muslihi eyni dəyərləndirərək özünə təskinlik verər.

Aşuranı bir də bu baxımdan dəyərləndirək...

Ziya Türkyılmaz

Xəbəri paylaş

VİDEOLAR