Əsaib Əhli-Həqq hərəkatı bütün ofislərini bağlayıb

Əsaib Əhli-Həqq hərəkatı bütün ofislərini bağlayıb

Əsaib Əhli Həqqin lideri Qeys əl-Xəzəli ölkədəki bütün ofisləri bağlamaq qərarına gəlib.

Az.rasthaber.com xəbər verir ki, Xəzəli sosial media hesabından tərəfdarlarına səslənərək, onları bütün ofisləri bağlamağa çağırıb.

Xəzəli həmçinin, tərəfdarlarından Sədr Hərəkatına bağlı şəxslərin Əsaib Əhli-Həqqin ofislərini yandırmağa cəhd edərlərsə, “buna cavab verməmələrini” istəyib.

Qeyd edək ki, ötən günlərdə Sədr Hərəkatına bağlı bəzi şəxslər Bağdad və ölkənin cənubundakı bəzi şəhərlərdə Əsaib Əhli-Həqq Hərəkatının ofislərini yandırıblar.

Xəbəri paylaş

VİDEOLAR