Şahçeraq ziyarətgahına silahlı hücum, ölənlər var

Şahçeraq ziyarətgahına silahlı hücum, ölənlər var

İranın ən böyük şəhərlərindən biri olan Şirazda Şahçeraq ziyarətgahında törədilən terror aktı nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb.

Az.rasthaber.com xəbər verir ki, İran KİV-lərinin məlumatına görə, yerli vaxtla dünən saat 19:00 radələrində Şiraz şəhərindəki Şahçeraq ziyarətgahında terror aktı törədilib.

Xəbərdə 2 terrorçunun ziyarətgaha gələnlərə atəş açdığı bildirilib.

İlkin məlumata görə, terror aktı nəticəsində 4 nəfər ölüb, 8 nəfər yaralanıb.

Sözügedən terrorçuların Mehdi qapısından türbəyə daxil olmağa çalışdıqları qeyd edilib.

Hadisədən sonra terrorçulardan birinin yaxalandığı, digərinin isə qaçdığı bildirilib.

Xatırladaq ki, ötən ilin oktyabr ayında da Şahçerağ ziyarətgahına silahlı basqın nəticəsində 15 nəfər ölmüş, 40 mülki şəxs yaralanmışdı.

Xəbəri paylaş

VİDEOLAR