Sadatinejad: Süleymaninin qatillərinin mühakiməsi vacibdir!

Sadatinejad: Süleymaninin qatillərinin mühakiməsi vacibdir!

İranın Cenevrədəki nümayəndəliyinin insan haqları üzrə attaşesi Sepah-ın Qüds qüvvələrinin komandanı general Süleymaninin qatillərinin mühakiməsi vacibiliyini vurğulayıb.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Seyid Məhəmməd Sadatinejad dünən axşam BMT-nin insan hüquqları vəziyyətinin araşdırılması üzrə 36-cı yığıncağının Amerikada insan haqlarının vəziyyətinin araşdırılmasına həsr olunmuş iclasında bu ölkədə insan hüquqlarının ciddi şəkildə pozulmasının uzun keçmişinə işarə ilə təklif edib ki, Vaşinqton bu hərəkətləri dayandıraraq, onların əvəzinin çıxılması istiqamətində səy göstərsin.

İranın Cenevrədəki nümayəndəliyinin insan haqları üzrə attaşesi iclasda iştirak edən amerikalı heyətə belə deyib: "Şəhid general Qasim Süleymaninin qatillərini mühakimə edin və Amerika tərəfindən insanların hüquqlarının pozulmasına son qoyun."

Sadatinejad həmçinin Amerika hərbi qüvvələrinin Əfqanıstanda törətdikləri hərbi cinayətlərin araşdırılması üçün Beynəlxalq Cinayət Məhkəməsi ilə həmkarlığın vacibliyini vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR