Şabak: Həbsxanalarda artıq yeni fələstinli məhbuslar üçün yer yoxdur

Şabak: Həbsxanalarda artıq yeni fələstinli məhbuslar üçün yer yoxdur

Bildirilib ki, Şabak lideri həbsdə olan fələstinlilərin həbsxanalarda sıx olması və bunun nəticələri ilə bağlı müvafiq qurumlara xəbərdarlıq edib.

Az.rasthaber.com xəbər verir ki, İsrailin “Hume” qəzetinin məlumatına görə, Sionist rejimin İctimai Təhlükəsizlik Xidmətinin (Şəbək) yüksək vəzifəli şəxslərinin açıqlamalarına əsasən bu bölmənin rəhbəri Ronin Barr siyasi rəsmilərə və Nazirlər Kabinetinə xəbərdarlıq edib ki, kütləvi həbslər dalğası səbəbindən həbsxanaların fələstinli məhbuslarla dolu olması həbsxananın İsrail üçün funksiyasını poza bilər.

Sionist KİV-in məlumatına görə, Ronin Barın əsas etirazı İsrailin daxili təhlükəsizlik naziri İtamar Ben-Qvirin dərc etdirdiyi və vurğuladığı yeni qərardır.

Bu göstərişə əsasən, sentyabrın 1-dən etibarən heç bir fələstinli, o cümlədən kiçik cinayətlərə görə 1 aydan 3 ilə qədər həbs cəzası alanlar cəzası tam başa çatana qədər azadlığa buraxılmayacaq.

Şabak rəisinin sözlərinə görə, bu məhbusların vaxtından əvvəl azadlığa buraxılması İsrailə həbsxanalardakı həddindən artıq sıxlığı azaltmağa və daha çox fələstinlinin saxlanmasına zəmin yarada bilərdi, lakin İtamar Ben-Qvirin yeni qərarı yuxarıda qeyd olunan problemi ikiqat artırdı.

Xəbəri paylaş

VİDEOLAR