Sabahdan Məhərrəm ayı başlayır

Sabahdan Məhərrəm ayı başlayır

Sabahdan Məhərrəm ayı başlayır.

Az.rasthaber.com xatırladır ki, Məhərrəm ayının başlamasından 10 gün sonra, yəni avqustun 8-də də Aşura günüdür.

Bu gün hicri-qəməri tarixi ilə 1443-cü ilin zilhiccə ayının 29-dur. Sabah 1444-cü ilin Məhərrəm ayının birinə təsadüf edir. Məhərrəm ayının başlamasından 10 gün sonra, yəni avqustun 8-də Aşura günüdür.

Avqustun 29-dan başlayacaq Səfər ayı sentyabrın 28-də başa çatacaq.

Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində toy mərasimləri təxirə salınır.

Qeyd edək ki, Məhəmməd peyğəmbərin (s) nəvəsi üçüncü imam Hüseyn ibni Əlinin (ə), onun ailə üzvləri və tərəfdarları Hicri-qəməri təqvimi ilə 61-ci ildə Kərbəlada şəhid ediliblər. Əsasən də Əhli-beyt tərəfdarları, eləcə də Azərbaycan xalqının böyük əksəriyyəti bu ayı hüzn ayı kimi qəbul edir, həmin günlərdə əzadarlıq keçirirlər.

Artıq Kərbəlada, Məşhəddə, Samirra, Kazimeyn və Dəməşqdə, həmçinin imam və imamzadələrin pak məzarlarının olduğu digər bölgələrdə Məhərrəm ayının xüsusi bayraqları qaldırılır. Həmçinin Azərbaycan məsidlərində də Məhərrəm ayının əzadarlıq günlərinə hazırlıq əlaməti olaraq tədbirlər görülür.

Xəbəri paylaş

VİDEOLAR