Saakaşvilinin ölkəyə gəlməsilə bağlı açıqlamasına Qaribaşvilidən reaksiya

Saakaşvilinin ölkəyə gəlməsilə bağlı açıqlamasına Qaribaşvilidən reaksiya

Gürcüstan Baş naziri İrakli Qaribaşvili sabiq prezidenti Mixail Saakaşvili barədə danışıb.

Rasthaber xəbər verir ki, İrakli Qaribaşvili sabiq prezidenti Mixail Saakaşvilinin 2 oktyabrda Tbilisiyə gəlməsinə reaksiya verib.

“İnsanların küçəyə çıxaraq onu müdafiə edəcəyi kimi çağırışlar tam yalan və saxtakarlıqdır. O, nə edə bilər? Onlar güclə 5 min nəfər toplaya bilirlər, özü də pik saatında. Qoy, bizdən soruşsunlar ki, komandamız nə qədər insan, nə qədər tərəfdarımızı səfərbər edə bilər. Saakaşvilini qəzəbli və zərər görmüş 10 min insan qarşılayacaq. Onlar insanları aldatmağa hazırlaşırlar və hər hansısa bir qarışıqlıq yaratmağa çalışırlar”, – deyə Qaribaşvili qeyd edib.

Gürcü nazir sonra deyib: “Cavab çox bəsitdir. Saakaşvili bizim torpaqlarımıza gələn kimi dərhal həbs ediləcək və həbsxanaya göndəriləcək. Bu prosesə mane olacaq istənilən şəxs qanuna müvafiq şəkildə cəzalandırılacaq”.

O bildirib ki, Saakaşvili artıq 8 ildir ki, gələcəyini deyir, amma gələ bilmir, çünki o, qorxaqdır və bilir ki, həbsxanaya salınacaq.

Qaribaşvilinin sözlərinə görə, Saakaşvilinin barəsində hökm çıxarılıb, o, həbsə layiqdir, çünki ölkəyə düzəlməz zərər vurub.

Xəbəri paylaş

VİDEOLAR