“Mənim azadlığım və min dəfə daha vacib olan Gürcüstanın azadlığı tamamilə sizin fəallığınızdan və döyüş qabiliyyətinizdən asılıdır”
Rasthaber Azərbaycan Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Rustavidəki 12 saylı cəzaçəkmə müəssisəsindən göndərdiyi məktubda deyilir.
Saakaşvilinin məktubunu Milli Hərəkat yayıb.
Məktubda deyilir:
“Əziz mübarizə yoldaşlarım və pərəstiş etdiyim gürcü cəmiyyəti. Hər şeyi Kiyevdə qoyub buraya gələndə bilirdim ki, çox güman ki, o vaxt Putinin göstərişi ilə edilmiş tamamilə uydurma, yalan mühakimələrə görə həbs olunacam. Rusiyadan başqa dünyanın heç bir ölkəsi bu hökmləri tanımır. Lakin, mən yenə də gəldim, çünki ölkəmə və hər birinizə inanıram! Hamınızdan xahiş edərdim ki, sabah (red: bu gün), heç bir səsin itməməsi və bundan sonra hamımız referendumun nəticələrini birlikdə müdafiə etmək üçün seçkilərə gedək. Mənim azadlığım və bundan min dəfə daha vacib olan Gürcüstanın azadlığı önümüzdəki günlərdə tamamilə sizin aktivliyinizdən və döyüş qabiliyyətinizdən asılıdır. Beynəlxalq dəstək indi bundan asılıdır. Xahiş edirəm, tərəddüd etməyin və sona qədər əmin olaq ki, qələbəmiz öz əlimizdədir “.
Mixeil Saakaşvili dünən həbs olunub. Saakaşvili Rustavi şəhərindəki 12 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb.