Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili maraqlı açıqlaması ilə yadda qalıb
Rasthaber Azərbaycan RİA-ya istinadən xəbər verir ki, Ukraya Milli Şurasının İcra Komitəsinin başçıcı, Odessa vilayətinin keçmiş qubernatoru və Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili bəyan edib ki, iqtisadiyyatın derequlyasiyası və vergi sisteminin effektivliyi məsələlərində Rusiya Ukraynanı qabaqlayır.
“Bu, kefi xarab edir. Rusiya derequlyasiyada Ukraynanı çox-çox geridə qoyub… Vergi sistemində də, bu sistemdə də həmçinin, gəlin, olduğu kimi danışaq”, – Saakaşvili bildirib.
O qeyd edib ki, Ukrayna ilə müqayisədə, Rusiyada biznesi daha aktiv “dinləyirlər”. O əlavə edib ki, Ukrayanada isə “hamı danışır”, amma heç bir inkişaf yoxdur.
“Onlar (Rusiya – red.) islahatlar cəbhəsində də müharibənin qalib tərəfidir. Uşaqlar, bu, Ukraynanın üstünlüyü idi, düzdür?”, – o deyib.
Xatırladaq ki, Saakaşvili daha öncə demişdi ki, Ukrayna, Rusiyadan fərqli olaraq, koronavirus pandemiyasının səbəb olduğu iqtisadi böhrana hazır deyil.