Saakaşvili oktyabrın 2-si Tbilisiyə gəlməyi planlaşdırır

Saakaşvili oktyabrın 2-si Tbilisiyə gəlməyi planlaşdırır

O deyib ki, 2 oktyabrın axşam saatları üçün Kiyev-Tbilisi reysinə bilet alıb.

Rasthaber Azərbaycan xəbər verir ki, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Tbilisiyə gələcəyi tarixlə bağlı növbəti açıqlamasını edib.

O deyib ki, 2 oktyabrın axşam saatları üçün Kiyev-Tbilisi reysinə bilet alıb.

Saakaşvili iddia edib ki, bunu “özü üçün etmir” və onu “hər hansısa bir bir vəzifəni əldə etməklə bağlı hər hansısa bir şəxsi ambisiya və istək hərəkətə gətirmir”.

Xatırladaq ki, sabiq prezidenti 2013-cü ilin noyabrında Gürcüstanı tərk edib və dəfələrlə vəd etməsinə baxmayaraq, Gürcüstana geri dönməyib. O, ölkədaxili axtarışa verilib. 2015-ci ildə onun Gürcüstan vətəndaşlığı ləğv edilib və artıq təxminən 6 ildir ki, Ukrayna vətəndaşıdır.

Xəbəri paylaş

VİDEOLAR