Saakaşvili Gürcüstandadır? - VİDEO

Saakaşvili Gürcüstandadır?  - VİDEO

Saakaşvili özünün facebook səhifəsində bir video paylaşaraq Gürcüstana gəldiyini iddia edib

“Bu mənim Batumimdir, buralar üçün elə darıxırdım ki , bu gün arzum gerçəkləşdi”

Rasthaber Azərbaycan Gürcüstan mediasına istinadən xəbər verir ki,  bu barədə Gürcüstanın keçmiş prezidenti, Ukrayna Milli İslahatlar Şurası İcraiyyə Komitəsinin sədri Mixeil Saakaşvili feysbuk səhifəsində yaydığı videoda bildirib.

Onun sözlərinə görə, o Gürcüstandadır.

“Bu mənim Batumimdir. Ayın 2 -də hamımız seçkilərə getməliyik, “Milli Hərəkata” səs verməliyik, heç bir halda nə İvanişviliyə, nə Qaxariya, nə də pis peyklərə . Əgər Milli Hərəkatı sevmirsinizsə, nisbətən vicdanlı kiçik partiyalar səs verin. Batumimdə Amerika Texnologiya Universiteti olmalı idi, lakin məhv ediblər. Bu gün peyvəndimiz də olacaqdı, nə kovidə yoluxardıq , nə də bu qədər insan həlak olardı. Bura üçün elə darıxırdım ki. Bu gün arzum gerçəkləşdi və nəhayət Gürcüstan ayağa qalxanda gerçəkləşəcək” -deyə Mixeil Saakaşvili qeyd edib.

Xatırladaq ki, Gürcüstan DİN sabiq prezidentin ölkə sərhədlərini keçmədiyini bildirib.

 Gürcüstanın hakim partiyası eks-prezident Mixail Saakaşvilinin Gürcüstanda olmasına inanmır.

“Gürcü Arzusu” partiyasının lideri İrakli Kobaxidze jurnalistlərə bildirib ki, Saakaşvili kloundur və bu, onun növbəti klounluğudur.

“Saakaşvili Gürcüstanda yoxdur. Bu, bir. İkincisi, bu insan kloundur. Mən bunu sizə dünən, srağagün və ondan öncə də demişəm. Üçüncüsü, onun Gürcüstanda olmağı yaxşı olardı, bu halda Gürcüstan cəmiyyəti görərdi ki, Mixail Saakaşvili necə bir kloundur və bununla da Gürcüstanda siyasətindəki Saakaşvili kimi eybəcərliyə, o cümlədən də qütbləşməyə son qoyulardı”, – deyə Kobaxidze qeyd edib.

O əmindir ki, Saakaşvilinin yaydığı video Gürcüstanda, Batumidə çəkilməyib.

Xəbəri paylaş

VİDEOLAR