Saakaşvili: Gürcülər məndən yorulmuşdular

Saakaşvili: Gürcülər məndən yorulmuşdular

"Gürcülər müəyyən bir müddət məndən yorulmuşdular. Ancaq indi məni çox dəyərləndirirlər və mən onlardan mənə qarşı sevgi hiss edirəm".

Rasthaber Azərbaycan "InterPress.ge"yə istinadən xəbər verir ki, bu haqda Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Dimitri Kordona verdiyi müsahibəsində deyib.

“Gürcülər məni indi də dəyərləndirirlər. David Ağmaşenebeli ən böyük gürcü şahı olub. Onun gürcü dövlətçiliyini yaratmağına baxmayaraq onu 5 əsrdir heç kim yada salmır. Onunla müqayisədə mən heç kiməm lakin düşünürəm ki, ondan çox məni yad edəcəklər.

Yenidən Gürcüstan prezidenti olub olmayacağı sualına isə o, belə cavab verir:

“Mən arxa sükanda oturmağı düşünmürəm. Mən ön sükanda oturmağı sevirəm. Məsələn avtomobilin, təyyarənin. Baxaq görək nə olacaq”.

Xəbəri paylaş

VİDEOLAR