Saakaşvili dövrü geri qayıdır? - Baş Nazir postuna namizəd göstərildi

Saakaşvili dövrü geri qayıdır? - Baş Nazir postuna namizəd göstərildi

“Vahid Milli Hərəkat” və “Güc Birlikdədir” sabiq prezidenti baş nazir postuna namizəd göstərib

Rasthaber Azərbaycan xəbər verir ki,  Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” və “Güc Birlikdədir” tərəfindən baş nazir postuna namizədliyi irəli sürülüb.

Qeyd edək ki, “Güc Birlikdədir” müxalifət bloku 2018-ci ildə yaradılıb və 11 müxalifət partiyasından təşkil olunub.

“Mixail Saakaşvili Gürcüstana qayıtmalı və öz xalqı ilə üz-üzə dayanmalıdır. Məhz buna görə də “Vahid Milli Hərəkat” və birləşmiş müxalifət onun baş nazirliyə namizədliyini irəli sürmək qərarını qəbul edib”, – deyə hərəkatın lideri Qriqol Vaşadze bildirib.

Xatırladaq ki, Gürcüstanda Saakaşviliyə qarşı cinayət işi açılıb və o, qiyabi olaraq 6 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbəri paylaş

VİDEOLAR