Saakaşvili birinci vətəndaşlıq ərizəsi versin

Saakaşvili birinci vətəndaşlıq ərizəsi versin

Gürcüstan prezidenti Salome Zurabişvili bəyan edib

Rasthaber gürcü mediasına istinadən xəbər verir ki, Gürcüstan prezidenti Salome Zurabişvili bəyan edib ki, Mixail Saakaşvili vətənini müəyyən etməli, daha sonra vətəndaşlığın alınmasına dair ərizə verməlidir.

“Hansı vətəninə geri dönür, məgər bura onun vətənidir? O, Ukraynanı da öz vətəni adlandırır. Buna görə də hələ müəyyənləşmək lazımdır, daha sonra ərizə vermək. Qoy istəsin, bundan sonra görəcək. Mən fərziyyəyə əsaslanan suallara cavab vermirəm. O, ərizə verməyib və görünür ki, hazırlaşmır da. Düşünürəm ki, spekulyasiya edir, lakin bu, onun şəxsi qərarıdır. Nəticənin necə olacağını görəcəyik”, – deyə Zurabişvili bildirib.

Xatırladaq ki, Gürcüstanın sabiq prezident Saakaşvili hazırda Ukraynada yaşayır. O, Ukrayna vətəndaşıdır və Ukrayna Milli İslahatlar Komitəsi İcra Şurasının başçısı vəzifəsini tutur. Buna baxmayaraq, o, şəxsi “Facebook” səhifəsində aktiv şəkildə Gürcüstandakı hadisələri şərh edir və əvvəllər prezidentlik etdiyi ölkənin siyasi həyatındakı iştirakını gizlətmir.

Qeyd edək ki, Gürcüstan vətəndaşlığı almaq üçün Saakaşvili müvafiq istəklə prezident Salome Zurabişviliyə müraciət etməlidir. Eks-prezidentin özü isə deyib ki, vətəndaşlığı məhkəmə yolu ilə geri qaytarmağa hazırlaşır.

Xəbəri paylaş

VİDEOLAR