Aclıq aksiyası keçirən Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili qida məhsulları qəbul etməyə başlayıb.
Az.rasthaber.com xəbər verir ki, bu barədə Gürcüstanın Xüsusi Penitensiar Xidmətindən bildirilib.
Qeyd edilib ki, o, bal və təbii şirələr qəbul edib.
Xatırladaq ki, Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. Rustavi şəhərindəki 12 saylı cəzaçəkmə müəssisəsinə yerləşdirilmiş siyasətçi aclıq aksiyası elan etmişdi. Aclıq səbəbindən onun 12 kiloqramdan artıq çəki itirdiyi bildirilib.