Əş-Şəbab terrorçuları Somalidə hərbçilərə qarşı terror aktı törədib

Əş-Şəbab terrorçuları Somalidə hərbçilərə qarşı terror aktı törədib

Somalinin paytaxtı Moqadişoda terror aktı törədilib.

Az.rasthaber.com “Report”a istinadən xəbər verir ki, Banadir rayonunda hərbi maşın keçərkən partlayıcı qurğu işə salınıb.

İlkin məlumata görə, partlayış nəticəsində 7 nəfər həlak olub, daha 3 nəfər yaralanıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə ərazidəki bəzi mağazalara ziyan dəydiyi əks olunub.

Partlayışa görə məsuliyyəti “Əş-Şabab” terror təşkilatı üzərinə götürüb.

Xəbəri paylaş

VİDEOLAR