Bu sözləri Rusiya Hərbi-Kosmik Qüvvələrinin baş komandanı Sergey Surovkin bildirib.
Rasthaber Azərbaycan “Krasnaya Zvezda”-ya istinadən xəbər verir ki, S-500 “Prometey” raketi yerətrafı fəzadakı hipersəs silahı məhv etmək iqtidarındadır.
“S-500 ZRS-in əsasını təşkil edən xüsusiyyətlər aerodinamik və ballistik hədəflərlə yanaşı, bütün növ hipersəs silahları, o cümlədən yaxın kosmosdakıları da məhv etməyə imkan verir”, – deyə Rusiya Hərbi-Kosmik Qüvvələrinin baş komandanı Sergey Surovkin bildirib.
O qeyd edib ki, bu sistemin dünyada analoqu yoxdur. (shafaqna)